Rusiya Zaporojyeyə zərbələr endirib | VİDEO

Rusiya Zaporojyeyə zərbələr endirib     | VİDEO
  16 Sentyabr 2025    Oxunub:532
Sentyabrın 16-na keçən gecə ruslar Ukraynanın Zaporojye şəhərinə hava hücumu həyata keçiriblər.
AzVision.az xəbər verir ki, Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fyodorov səhər saatlarında rusların gecə zərbələri nəticəsində 13 insanın yaralandığını açıqlayıb.

“Yaralılardan birinin vəziyyəti ağırdır. Qurbanlar arasında dörd yaşlı qız uşağı da var. Təəssüf ki, 41 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb”, - vilayət rəhbəri daha sonra bildirib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti rusların atəşə tutması nəticəsində irimiqyaslı yanğınların baş verdiyini, 1 nəfərin öldüyünü, ikisi uşaq olmaqla 13 nəfərin isə yaralandığı faktını təsdqiləyib.

Yanğın sahəsi 350 kv.m olan 3 yaşayış binasını, dayanacaqdakı 2 yük maşınını və 600 kv.m sahədə xidmət stansiyasını əhatə edib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Zaporojye   hücum  



Xəbər lenti